Müqavilələr üzrə mütəxəssis

There is no translation available.

     

 

Müqavilələr üzrə mütəxəssis:

      Əsas vəzifə və öhdəliklər:

          Müqvilələri hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;

          Proses prosedurlara uyğun olaraq mövcud müqavilələrə əlavə və dəişikliklər hazırlamaq;

          Bütün aktların, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərərk rəy vermək;

          Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;

          Müqavilə danışıqlarının aparılması;

          Müqaviləyə əlavələrin hazırlanması;

          Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;

          Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;

          Müqavilələrin reyestrinin aparılması;

          Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;

          Şirkətdaxili sənəd dövriyyəsinin icra olunması;

          Hüquq şöbəsi ilə digər şöbələrin koordinasiyasının icra olunması;

          Digər korporativ hüquqi fəaliyyətlər;

 

        Tələblər:

          Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s; ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir;

          Kommersiya hüququ bilikləri;

          Kompüter biliyi: MS Office  (Word, Excel, Outlook, PowerPoint);

          Azərbaycan dilində yüksək , ingilis dilində yüksək və yazışmaları aparmaq bacarığı; Rus dilini bilməsi arzuolunandır;

          Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi

          Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s;) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;

          Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

          Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

 

      Şəxsi bacarıqları:

          Yüskəs analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;

          Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

          İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;

          Komandada işləmə bacarığı;

       

       İş şərtləri:

          İş yeri: Bakı şəhəri

          İş rejimi: 6 günlük

          Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.

 

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

About ASTS

There is no translation available.

AS TexnoServis

AS TexnoServis 2012-ci ildən etibarən tikinti layihələrini icra etmək üçün fəaliyyətə baslamısdır. Güclü təməl üzərində qurulan sirkət keyfiyyətli xidməti ilə bir çox böyük layihələr imza atıb. Ölkənin güvənli tikinti sirkətləri sırasındadır. Müstəri məmnuniyyəti və onların sifarislərinin vaxtında yerinə yetirilməsi istiqamətində nailiyyətlərimiz gördüyümüz islərlə göz qarsısındadır. Hər zaman bizə olan etimadı dogrultmaga çalısırıq. AS TexnoServis yerli və xarici mühəndis heyətini cəlb edərək, son 5 il ərzində həyata keçirilən layihələrdə tikinti sirkətləri arasında etibarlı və iddialı is ortagı oldugunu sübut etmisdir. Güclü və mükəmməl komandamız ilə həyata keçirdiyimiz layihələrdə keyfiyyətli is ərsəyə gətirməklə tikinti sektorunun inkisafına öz töhfələrimizi bəxs edirik. Insaat sahəsində yeniliklərlə kifayətlənmir, dinamik inkisafı qoruyub saxlayırıq.

 

Əməliyyat Prinsiplərimiz

Baxış:

"Seçim Ortagı olma imtiyazını qazanmaq üçün etik və balanslı bir səkildə fəaliyyət

göstərən Etibarlı Sirkətlər Qrupu olmaga davam etməkdir."

Missiya:

"Müstərilərimizin, təsisçilərinin, isçilərinin və xidmət etdiyimiz icmaların xeyrinə

hər hansı bir mühitdə istənilən vaxt, hər hansı bir layihəni təhlükəsiz səkildə basa

çatdırmaq ən ümdə olan məqsədlərimizdəndir."

Bizim İmkanlarımız:

"ASTS, yeni layihələr üçün resursların sürətli səfərbər olmasına imkan verən yüksək keyfiyyətli texniki avadanlıqlara və mühəndis kadrlara malikdir"

SOCAR Polimer arazisinin Hazırlanması

There is no translation available.

İÇMƏLİ SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMİ

There is no translation available.

HAOR TR

There is no translation available.